"Krediti ödəyə bilməyənlər ya boşanır, ya da intuhara əl atır"

ÖLKƏ
19:37 / 23.11.2024
38

Bu gün bankdan kredit götürüb, lakin onun ödənişini etməkdə çətinlik çəkənlər az deyil. 

Hətta kredit ödənişini ödəyə bilmədiyi üçün intihar edən, boşananlar belə var.

Hüquqşunas Əhüseyn Axundov  Hit.az-a deyib ki, kredit borcunu ödəyə bilməyənlər bir çox hallarda evinin, avtomobilinin əlindən alınacağı qorxusu ilə intihara əl atır:

 “Vətəndaş borcu qaytara bilmirlərsə, onlara heç nə edilə bilməz. Bank vətəndaşı məhkəməyə verə bilər, qanun çərçivəsində məbləğin hissə-hissə ödənişi ilə bağlı qərar çıxarılar. Kredit ödənişinə görə ailə dağıtmaq düzgün deyil”.

Sevinc

0