Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Maşın idarə olunmadığı halda, sürücü kəmər taxmasa, cərimə edilirmi?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, belə bir tələb yoxdur:
“Yol hərəkəti haqqında” qanunun 37-ci və 41-ci maddəsinə əsasən, həm sürücü, həm sərnişinlər yalnız avtomobildə gedərkən kəmər taxmalıdırlar. Maşın duranda isə kəmər taxılmasına ehtiyac yoxdur”.
Murad