Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Cavanşir Alxasov vəzifədən azad olunub.
Modern.az-ın məlumatına görə, Cavanşir Alxasov öz ərizəsi ilə işdən çıxmaq üçün müraciət edib.
Məlumatı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında saytımıza təsdiqləyiblər.
Cavanşir Alxasov 1957-ci ildə anadan olub. O, 2001-ci ildən AHİK-in sədr müavini vəzifəsində çalışırdı.
Sabiq sədr müavini «Tərəqqi» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalı ilə təltif olunub və "Əməkdar mədəniyyət işçisi" Fəxri adına layiq görülüb.