Hər bir insanın özünəməxsus təcrübələrinə, həyat şəraitinə, psixoloji vəziyyətinə və emosional halına bağlı olaraq dəyişir.
Sadaladığımız bu hallar zəif insanların özünü öldürməsi ilə nəticələnə bilər.
Bəs, özünü öldürməyə cəhd edən insanların psixologiyası necə olur?
Bu barədə Hit.az-a açıqlama verən Anelya Rzaquliyeva deyib ki, özünü öldürmək istəyən insanlar çox vaxt ümidsizlik və çıxılmazlıq hissi yaşayırlar:
“Onlar həyatın çətinliklərini və ya şəxsi problemlərini həll etməkdə çətinlik çəkirlər və heç bir çıxış yolu görmədikləri üçün ölümü bir çıxış yolu olaraq görürlər. Bu insanlar çox vaxt "bu vəziyyətdən heç vaxt çıxa bilməyəcəyəm" düşüncəsinə düşə bilərlər. Dərindən gələn duygusal ağrını yaşayıb bu ağrını azaltmaq üçün özlərini öldürmək fikrini düşünürlər. Depressiya, anksiyete, travma və ya başqa psixoloji vəziyyətlər (məsələn, post-travmatik stress pozuntusu) bu duygusal ağrıya səbəb ola bilər. Onlar bəzən bu ağrının artıq dözülməz olduğunu hiss edir və bu vəziyyətdən çıxmaq üçün ölümün bir yeganə həll olduğunu seçirlər.
Zorakılığa, depressiyaya və ya digər psixoloji problemlərə qarşı təsirli müalicə metodları mövcuddur və bu insanlar dəstək aldıqda, həyatda qalmaq və sağalmaq mümkündür”.
Murad