Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov Azərbaycanda 4400 məktəbdən 1500-nün bağlanmasının planlaşdırıldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı fikirlərə elm və təhsil naziri Emil Əmrullayev aydınlıq gətirib.
O məlumatın doğru olmadığını qeyd edib.
"Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim "eşitdiyini və ya oxuduğunu doğru anlamamaq" problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək", - deyə nazir bildirib.