Daha bir idarə rəisi işdən çıxarıldı

16:42 / 02.12.2024
403

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı tutduğu vəzifədən azad edilib.

HİT.az xəbər verir ki, Faiq Xudanlı bununla bağlı "Facebook" hesabında paylaşım edib.

Hələlik Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.

Qeyd edək ki, bundan əvvəı Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov vəzifəsindən azad edilib.
 

0