İnsanın qatilə çevrilməsi çox zaman mürəkkəb və çoxşaxəli bir prosesdir.
Bu prosesə müxtəlif psixoloji, sosial, bioloji və ətraf mühit amilləri təsir edir.
İnsanlar müxtəlif səbəblərlə cinayətlər törədə bilər, və bu səbəblərin hər biri fərqli psixoloji və sosial şəraitdən asılıdır.
İnsan qatilə necə çevirən səbəblər hansılardır?
Bu barədə Hit.az-a açıqlama verən psixoloq Nicat Sadıqov deyib ki, psixopatiya, antisocial şəxsiyyət pozğunluğu və digər ciddi psixoloji problemlər bəzi insanlarda qanunsuz və amansız davranışlara səbəb ola bilər:
“Bu insanlarda empatiya və vicdan zəif olur, bu da başqalarına zərər verməyi asanlaşdırır. Zorakılıq, neglect (laqeydlik), təhqir və ya digər travmalarla qarşılaşan uşaqların böyüdükcə daha yüksək risqlə zorakılıq və cinayət davranışları nümayiş etdirmələri mümkündür. Ailə içində təkrarlanan zorakılıq halları , bəzən uşaqların bu cür davranışları normal olaraq qəbul etməsinə səbəb ola bilər. Sosial cəhətdən kənarlaşmış və ya iqtisadi çətinliklər yaşayan insanlar arasında qəzəb və nifrət hissləri güclənə bilər. Çətin şəraitdə yaşayan insanlarda bəzən qisas alma və ya güc nümayiş etdirmə ehtiyacı yaranır.
Araşdırmalar göstərir ki, bəzi genetik meyllər insanların aqressiv və zorakı davranışlara meyl etmələrinə təsir edə bilər. Məsələn, bəzi insanların beynində, xüsusilə , agresiya və impulsiv davranışlarla əlaqəli olan kimyəvi maddələrin və neyrotransmitterlərin pozulması onların zorakılığa meyl etmələrini artırır”.
Murad