Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Avtomobilin arxa oturacağında 4 nəfər oturmasına icazə var?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, 3 nəfərdən artıq şəxs otura bilməz:
“Qanun vericiliyimizə əsasən, arxa oturacaqda ən çoxu 3 nəfərin otura biləcəyi nəqliyyat vasitələrində 4 və daha çox şəxsin oturması pozuntuya səbəb olur. Buna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 100 manat məbləğində cərimə və 3 cərimə balı nəzərdə tutulub”.
Murad