Sabiq rəisin cəzası - 2 il 6 ay artırıldı

ÖLKƏ
17:27 / 16.12.2024
109

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində təqsirli bilinən polkovnik Məlikməmməd Qurbanova sanksiya həddindən qat-qat aşağı cəza təyin edilməsindən verilmiş protestə və apellyasiya şikayətlərinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi bu işlə bağlı yekun qərarını elan edib.

Mehriban Qarayevanın sədrlik etdiyi hakimlər belə qənatə gəlib ki, müttəhim polkovnikə törətdiyi cinayətə münasibətdə yüngül cəza verilib.

Yekun qərarla dövlət ittihamçısının protesti qismən təmin edilib. Məlikməmməd Qurbanovun cəzası 4 ildən 6 il 6 aya qaldırılıb.

Hökm qalan hissələrdə dəyişdirilməyib.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb. 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

0