Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Səhv karta atılan pulu geri qaytarmayan şəxs məsuliyyətə cəlb edilə bilər?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, həmin şəxs əsassız varlandığı üçün məhkəməyə verilə bilər:
“Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, həmin şəxs hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etdiyinə görə, əsassız varlanan şəxs hesab olunur. Bununla əlaqədar məhkəməyə müraciət oluna bilər”.
Murad