Bacısı faciəli şəkildə ölən nazir köməkçisinin atası da vəfat etdi

ÖLKƏ
09:20 / 19.12.2024
167

Elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədova daha bir ağır itki üz verib.

İqtisadiyyat.az xəbər verir ki, onun atası Valeh Habil oğlu Əhmədov vəfat edib.

Xatırladaq ki, oktyabr ayında isə nazir köməkçisinin bacısı 1985-ci il təvəllüdlü Günel Abdullayeva faciəli şəkildə dünyasını dəyişib. O, Xaçmazın Seyidli kəndində rəfiqəsi 1977-ci il təvəllüdlü İlahə Bayramova ilə birlikdə meşədə göbələk yedikdən sonra hər ikisinin halı pisləşib. Xəstəxanaya aparılan zaman İ.Bayramova yolda ölüb, həkimlərin səyinə baxmayaraq, G.Abdullayevanın da həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, V.Əhmədov qızının vəfatından sonra infarkt keçiribmiş.

0