“Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyi “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili” adlı layihənin icrasını tamamladı.
Hit.az xəbər verir ki, Azərbaycan Respublikası “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin verdiyi kiçik qrant hesabına “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyi “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili” adlı layihənin icrasını yekunlaşdırıb.
Məlumdur ki, bizim universitetlər 20 ildir ki, universitetlərin qlobal reytinqlərində çox zəif nəticələr göstərirlər. Çünki, universitetlərimiz qlobal təhsil bazarında rəqabətədavamlı deyil. Bunun bir çox səbəbləri var.
Təcrübə gösrtərir ki, bizim universitetlər nəinki rəqabətə davamlı deyil, hətta bəzi universitetlərdə “ali təhsil müəssisəsinin rəqabət qabiliyyəti nədir?” sualına birqiymətli cavab verə bilmirlər.
Bu səbəbdən universitetlərdə belə bir mövzuda maarifləndirici dəyirmi masaların keçirilməsinə ehiyac var idi. Əslində belə müzakirələr davamlıolaraq və bütün universitetlərdə təşkil edilməlidir. Yaxşı haldır ki, Azərbaycan Respublikası “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” təhsil problemlərinə dair belə layihələrə mütəmadi olaraq, qrant ayırır.
Qeyd edək ki, “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyi sistematik olaraq agentliyin dəstəyi ilə təhsil müəssislərində belə aktual mövzularda tədbirlər təşkil edir.
Sonuncu layihə çərçivəsində olan dəyirmi masalarda universitetlərin rəqabət qabiliyyəti nədir, universitetlərin rəqabət qabiliyyətliyi meyarları, universitetlərin rəqabət qabiliyyətliyi və rəqabət üstünlükləri, niyə universitetləri rəqabət qabiliyyətli deyil, v.s. kimi məsələlər müzakirə edillib.
Layihə rəhbəri “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyinin təsisçisi, təhsil eksperti, dosent İlham Əhmədov olub.
Layihə çərçivəsində ölkənin bir neçə universitetində belə təbdbirlər olub.
Bu mövzuda tədbirlər ADA universitetində, SDU-də və ADPU-da təşkil edilib.
Tədbirlərdə ADA, ADPU, UNEC və digər universitetlərin əməkdaşları, təhsil ekspertləti, təhsil jurnalistləri, təhsil yönümlü QHT nümayəndələri iştirak ediblər.
Layihə rəhbəri dos. İlham Əhmədov “Universitetlərin rəqabət qabiliyyəti” mövzusunda olan təqdimatı tədbir iştirakçılarınin böyük marağına səbəb olub.
Tədbirlərin sonunda hər dəfə mövzu ətrafında maraqlı diskusiyalar da olub.