Qiyabi təhsil alanlar üçün təhsil krediti planlaşdırılmır.
Trend xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Qiyabi təhsil alanların əmək fəaliyyəti ilə məşğul olmaq imkanı olduğu üçün bu tələbələrə təhsil kreditinin ayrılması hələ ki, planda yoxdur", - o bildirib.
"Bu məsələ Şuranın iclasında müzakirə edilməli, Maliyyə yükü hesablanmalıdır", - sədr əlavə edib.