Zaman-zaman ölkəmizdəki təhsil sistemi ilə bağlı bir çox təklif gündəmə gəlir.
O təkliflərdən biri də Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin birləşdirilməsidir. Ekspertlərin sözlərinə görə, bu addım Azərbaycanda təhsilin səviyyəsinin yüksəlməsi üçün böyük töhfə verə bilər.
Maraqlıdır, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi birləşə bilər?
Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlama verib. O bildirib ki, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin birləşdirilməsi mümkün olsa da düzgün olmayan qərar olardı:
"Dövlət İmtahan Mərkəzi 1992-ci ildə formalaşıb və artıq kifayət qədər təcrübəsi və ənənəsi olan, təhsil sahəsində müstəsna rolu olan obyektiv bir qrum kimi tanınıb. Düzdür, hazırda Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında müəyyən anlaşılmazlığı var. Lakin bunun həlli yolu da mümkündür".
Ekspert qeyd edib ki, anlaşılmazlıq Dövlət İmtahan Mərkəzinin ali məktəbə qəbul prosesində özünü göstərir:
"Belə ki, orta məktəbdə 9 və 11-ci siniflərdə buraxılış imtahanlarını Dövlət İmtahan Mərkəzi tərtib edib keçirir. Düşünürəm ki, bu qayda ləğv edilməlidir. Məktəb daxili imtahanları isə birmənalı şəkildə Elm və Təhsil Nazirliyi mərkəzləşmiş qaydada özü keçirməlidir.
Dövlət İmtahan Mərkəzi məktəbi bitiriən şagirdlərin ali məktəbə və kolleclərə qəbulunu ayrıca keçirməlidir. Qeyd edim ki, hazırda müəllimlərin MİQ və Sertifikasiya imtahanlarını da nazirlik özü təşkil edir".
Pərviz