Bakıda narkotiklərin satışını təşkil edən ata və 2 övladı saxlanılıb.
HİT.az DİN-ə istinadla xəbər verir ki, bu, əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olummuş 56 yaşlı Hümbət Cəfərov, oğlu 33 yaşlı Əli Cəfərov və qızı 35 yaşlı Şəlalə Cəfərovadır.
Onların məxsus avtomobildən 14 kiloqramdan artıq, heroin, metamfetamin və tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.