İlham Əliyev: Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var

ÖLKƏ
16:20 / 25.12.2024
74

Azərbaycan Prezidenti İlham Əliyev Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm ona, həm də Azərbaycan ictimaiyyətinə məlumat verilməli olduğunu deyib.

HİT.az xəbər verir ki, qəza ilə bağlı keçirdiyi müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, ona verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş verib:

“Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq”.

0