Ən təhlükəsiz nəqliyyat vasitəsi hansıdır?

ÖLKƏ
22:58 / 28.12.2024
280

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus, Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Təyyarədə 42 Azərbaycan vətəndaşı olub, onlardan 26-sı həyatını itirib, 16-sı sağ qalıb. Qəzada 7 Rusiya, 6 Qazaxıstan vətəndaşı da həlak olub.

Məlum təyyarə qəzası ən təhlükəsiz nəqliyyat vasitəsi mövzüsünü gündəmə gətirib. 

Araşdırmalara görə, ən təhlükəsiz nəqliyyat növü təyyarədir.

Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a deyib ki, xüsusi olaraq şəxsi nəqliyyat vasitələrindən istifadə daha az tələfata yol aça bilir, daha az insan dünyasını dəyişə bilər: 

“Nəqliyyat vasitəsində neçə nəfər varsa, o sayda insanın dünyasını dəyişmə, yaxud sağ qalma ehtimalı var. Amma böyük şəkildə olarsa, risk də çox olar. Qatarla toqquşmada da böyük fəsadlar ola bilər, avtobusla sərnişin daşımada da, təyyarə ilə uçuşda da böyük fəsadlar ola bilər. Gəmi ilə sərnişin daşımada isə əsas çətinliklərdən birincisi insanların uzun vaxt sərf etməsi, suda qala bilmələridir. Istənilən nəqliyyat vasitəsi risklidir”.

Sevinc

0