Ölkəmizdə və dünyada kuryer, çatdırılma xidməti günü-gündən aktuallaşır. Şəhərdə gəzərkən hər addımbaşı kuryerlə rastlaşa bilərik.
Bəs, kuryer olmaq üçün nələrə diqqət edilməlidir?
Məsələ ilə bağlı Hit.az-a açıqlama verən satış təmsilçisi Mübariz Tağıyev deyib ki, kuryerlik işinə başlamaq üçün diqqət etməli olduğunuz əsas məqamlar var:
“Kuryerlik işi üçün etibarlı və sürətli bir nəqliyyat vasitəsinə ehtiyacınız var. Bu, velosiped, skuter, motosiklet və ya avtomobil ola bilər. Nəqliyyat vasitəsinin vəziyyəti və işləkliyi çox vacibdir, çünki zamanında çatdırılma kuryerlərin əsas vəzifəsidir. Yaxşı bir kuryer olmaq üçün şəhəri və ya bölgəni yaxşı tanımaq lazımdır. Məkanları sürətlə tapmaq və qısa yollardan istifadə etmək işinizi asanlaşdırar və vaxt qazandırar. Çatdırılmaların vaxtında yerinə yetirilməsi tələb olunur. Çünki müştərilər və işəgötürənlər üçün vaxt çox önəmlidir. Zamanı səmərəli idarə etmək, ən qısa marşrutları seçmək və optimallaşdırma etmək vacibdir.
Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq, lazım olduqda onları məlumatlandırmaq vacibdir. Həmçinin, işəgötürənlər və digər işçilərlə əlaqədə olmaq da əhəmiyyətlidir. Kuryerlik işi, xüsusilə velosiped və ya motosikletlə edilən daşımalar, fiziki cəhətdən tələblidir. Uzun müddət ayaq üstə olmaq və ya uzun məsafələr qət etmək fiziki dözümlülük tələb edir”.
Murad