Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Qonşunun evindən keçid etmək olar?
Mövzu ilə bağlı Hit.az-a hüquqşünas Adil Piriyev danışıb:
“Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi əgər öz sahəsindən ictimai yola, elektrik, qaz, su təchizatına keçid yoxdursa, öz qonşusundan keçid ayrılmasını tələb edə bilər. Bu zaman torpaq sahəsi keçid üçün ən uyğun olan qonşu seçilməlidir”.
Murad