Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Özbaşına bitən çətənə koluna görə şəxs cərimələnə bilər?
Mövzu ilə bağlı Hit.az-a hüquqşünas Adil Piriyev danışıb:
“İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsinə əsasən, tərkibində narkotik olan yabani bitkilərin məhv olunması üzrə tədbirlər görməmək inzibati xətadır. Amma siz həmin xətaya görə cərimə ödəməyə bilərsiniz.
Belə ki, həmin məcəllənin 116-cı maddəsinə görə, əgər 1 il ərzində həmin xətanı təkrar törətməmisinizsə, o zaman sizə cərimə tətbiq olunmur. 1 aya qədər həmin çətənəni məhv etmək üçün sizə vaxt verilir”.
Murad