Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı

ÖLKƏ
13:56 / 08.01.2025
100

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi Dədəş Ataşov vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovniki Ataşov Dədəş Əlbağış oğlu işdən çıxarıb. 

Onun yerinə Talıbzadə Füzuli Yusif oğlu təyin olunub. 

Qeyd edək ki, Dədəş Ataşov 2008-ci ildən İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.
 

0