Sarı işıqda keçmək olar?

ÖLKƏ
21:21 / 08.01.2025
79

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

İşıqforun sarı rəngində keçmək olar?

Mövzu ilə bağlı Hit.az-a hüquqşünas Adil Piriyev danışıb:

“Yol hərəkəti haqqında qanunun 59-cu maddəsinə əsasən, sarı işığın yanması hərəkətin qadağan olunmasını və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Lakin işıqforun sarı işığında hərəkətə icazə verən bəzi hallar var. Həmin qanunun 60-cı maddəsinin 4-cü hissəsinə əsasən, işıqforun sarı işığı yandıqda sürücü dayana bilməyəcəksə, qəfil tormuzlama olmaması üçün sürücü yol ayrıcını keçə bilər”.

Murad

0