Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Soyuq silah əldə edən şəxsə cəza verilir?
Mövzu ilə bağlı Hit.az-a hüquqşünas Adil Piriyev danışıb:
“Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə görə, qanunsuz olaraq soyuq silah əldə etmək və ya gəzdirmək cinayətdir. Ancaq həmin maddənin qeydinə görə, əgər şəxs həmin əşyaları könüllü sürətdə təhvil verirsə, başqa cinayət əməli yoxdursa, məsuliyyətdən azad edilir”.
Murad