"Hazırda özümü yaxşı hiss edirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu canlı efirdə halının qəfil pisləşməsinə aydınlıq gətirərkən deyib.
Deputat buna səbəb təzyiqinin ani olaraq düşməsinin olduğunu bildirib:
"Hər şey qaydasındadır. Narahat olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, deputat Hikmət Babaoğlu Real TV-nin canlı yayımında vəziyyəti qəfildən pisləşib. Bu səbəbdən proqram yarımçıq dayandırılıb.