Xəbər verdiyimiz kimi, qanuni təmsilçisi Şahin Bağırov olan Dövlət Gömrük Komitəsinin 56040.58 manat dövlətə vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, general-leytenant Şahin Bağırovun rəhbərliyi ilə idarə olunan idarələrin də Dövlət Vergi Xidmətinə külli miqdarda vergi borcunun olduğu üzə çıxıb.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general mayor Ceyhun Məmmədovun 23076.85 manat, Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi, polkovnik Eldar Bədəlovun 17395.86 manat, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirovun 73070.08 manat, Dəniz Nəqliyyatı Və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi Həsən Eyyubovun 28403.35 manat, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun 46380.03 manat vergi borcları yaranıb.