Şirvan Milli Parkında ceyran ovlanması barədə yeni məlumatlar əldə etmişik.
Qaynarinfo xatırladır ki, bir neçə gün əvvəl Şirvan Milli Parkının direktoru Seymur Kərimov polisə müraciət edərək qoruğun Yenikənd kəndinin ərazisində kəsilmiş ceyran başı və iki patron gilizi tapıb. Bundan sonra polis hərəkətə keçib və Neftçala rayon sakini Elvin Əsgərov saxlanılıb.
Redaksiyamıza daxil olan məlumatda isə iddia edilir ki, Elvin Əsgərov tək olmayıb. İş hazırda Salyan Rayon Polis Şöbəsində araşdırılır.
Bundan başqa, məlumatda bildirilir ki, Elvin Əsgərov Fövqəladə Hallar Nazirliyinin (FHN) Neftçala rayon şöbəsinin əməkdaşıdır.