Komaya düşən sabiq nazirin son durumu açıqlandı

ÖLKƏ
20:56 / 25.01.2025
100

"İlyas İsmayılovun müalicəsi Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir. Onun səhhətində hər hansı dəyişiklik yoxdur".

Bu barədə Teleqraf.com-a Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev deyib.

Qeyd edək ki, insult keçirən sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır.

O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

0