Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib.
HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında sahibkarlığın inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, bu gün iqtisadi elmlər namizədi Məmməd Musayevin 70 yaşı tamam olur.