Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşdı ( YENİLƏNİB)

ÖLKƏ
19:05 / 29.01.2025
157

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesi yekunlaşıb.

 

“Report” xəbər verir ki, seçki məntəqələri bu gün saat 8:00-da açılıb, səsvermə 19:00-da başa çatıb.

 

Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, saat 17:00-a olan seçici fəallığı 28,77 faiz olub.

 

Belə ki, həmin vaxta qədər 1 milyon 715 min 291 nəfər səs verib.

 

Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.

 

685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.

08:12

Bugünkü bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb.

 

HİT.az xəbər verir ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

 

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

 

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

 

MSK sədri Məzahir Pənahov qeyd edib ki, seçici aktivliyi haqqında saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatla canlı yayımlanacaq.

 

Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür.

0