“Kiberdələduzluğun qarşısını almaq üçün Mərkəz Bank yeni qaydalar həyata keçirəcək. Bu qaydalar qisməndə olsa problemin qarşısını alacaq”.
Bu sözləri Hit.az-a bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov deyib.
O bildirib ki, bank sistemi elə qurmalıdırlar ki, kartdan istifadə zamanı hər dəfə vətəndaşın mobil telefonuna sms gəlsin, kod daxil edildikdən sonra kartdan vəsait çıxılsın:
“Müştəri sms vasitəsilə təsdiqləməsə kartdan vəsaitin silinməsi prosesi baş verməməlidir. Bank sms təsdiqlənmirsə müştəriyə zəng edib kartdan vəsaitin onun tərəfindən çəkilib-çəkilmədiyini dədiqləşdirməlidir”.
Sevinc