"Neftçalanın keçmiş icra başçısı Əbülfəz Ağayev rayonda qanunsuzluqla məşğuldur və bununla bağlı heç bir tədbir görülmür".
Bu barədə Hit.az-a Qarabağ veteranı, fermer İslam Bayramov bildirib.
Onun sözlərinə görə, Əbülfəz Ağayev dövlət ehtiyat fond torpaqlarını zəbt edib. İslam Bayramov deyib ki, Əbülfəz Ağayev həm də rayon Ağsaqqallar Şurasının sədridir:
"Bu adam guya bir ağsaqqal kimi rayonun inkişafına dəstək verməlidir. Amma faktiki olaraq qanunsuz əməllərlə məşğuldur. İri təsərrüfatlar yaradıb digər fermerlərin fəaliyyətinə maneə törədir. Onun üçün Neftçalada yaşıl işıqdır. Hər cür qanunsuzluq edir. Amma barəsində tədbir görülmür".
Şikayətçi deyir ki, Əbülfəz Ağayev başqa rayonlarda xüsusi adamlar gətirərək zəbt etdiyi torpaqları onların istifadəsinə verir. Eyni zamanda örüş yerlərini ələ keçirib başqa rayonlardan gətirilən mal-qaraları ora buraxır.
"Bizim heyvanlarımız isə acından ölür", deyə İslam Bayramov bildirib.
Əbülfəz Ağayev 2000-2002-ci illərdə Neftçalanın, 2002-2004-cü illərdə Sabirabadın, 2004-2012-ci ilərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Hazırda sahibkarlılqla məşğuldur. Onun Neftçalada iri təsərrüfat sahələri və fermalarının olduğu bildirilir.
Abbas