Yoxlama aparıldı, müdir işdən çıxarıldı

ÖLKƏ
14:10 / 03.02.2025
59

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda nəzarət-yoxlama tədbirləri həyata keçirilib.

HİT.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, nəzarət-yoxlama tədbirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən aparılıb.

Aparılmış nəzarət-yoxlama tədbirlərinin nəticəsinə əsasən, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov tutduğu vəzifəsindən azad edilib.

0