Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
HİT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla P.Bülbüloğlu bu mükafata Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, sabah Azərbaycanın sabiq mədəniyyət naziri, Rusiyadakı keçmiş səfir, hazırda Milli Məclisin deputatı olan Polad Bülbüloğlunun 80 yaşı tamam olur.