Məhkəmə Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı qərar verdi

ÖLKƏ
17:07 / 06.02.2025
54

“Arqument.az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) həbs edilib.

APA xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar verib.

Xətai rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb.

Təqdimat təmin olunub, Şəmşad Ağa barəsində 2 ay 1 gün müddətində həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə də bağlı qərar verib. Bu gün Xətai rayon Məhkəməsində onunla bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub. Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


 

0