Məktəblilər dəftər-kitaba deyil, soyuq silaha maraq göstərir...

ÖLKƏ
19:40 / 06.02.2025
47

Fevralın 4-də saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib. 

Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə fevralın 4-də Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Qeyd edək ki, son zamanlar məktəblilər arasında cinayət əməli artır. 

Ümumiyyətlə, baş verən hadisələr göstərir ki,məktəblilər dəftər-kitaba deyil, soyuq silaha maraq göstərir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, məktəblərdə şagirdlərin soyuq silah gəzdirməsi tək məktəbin deyil, bütövlükdə cəmiyyətin problemidir:

“Məktəblərdə şagirdlərə heç zaman qeyri-normal davranış təbliğ olunmur. Şagirdin üstündə bıçaq gəzdirməsi, siqaret çəkməsi, zərərli vərdişlərə meyilli olması müəyyən bir davranışın nəticəsidir ki, bunlar məktəblərdə aşılanmır. Ailələrimizdə xeyli savadsızlıq var. Kitab oxumur, övladları ilə müxtəlif yaş kateqoriyalarında necə işləməli olduqlarını bilmirlər. Uşağı təkcə yedirtmək, maddi və bioloji ehtiyaclarını qarşılamaqla iş bitmir. Valideyn övladının məsuliyyətini daim hiss etməli, bir parçası olan uşağının sabah cəmiyyətin bir parçasına çevriləcəyini başa düşməli və işləməlidir”.

Sevinc

0