Sumqayıt şəhərinin Koroğlu prospektində iki avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
HİT.az Oxu.Az-a istinadən xəbər verir ki, 7 və 522 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusları toqquşub.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Polis əməkdaşları hazırda hadisə yerindədirlər.