"Qazaxlı Alik"in oğluna hökm oxundu

ÖLKƏ
16:21 / 19.02.2025
97

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub.

HİT.az unikal-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm elan edilib.

Hökmə əsasən, Fuad Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. G.Hacıyevaya isə 5 il müddətinə şərti cəza verilib.

Xatırladaq ki, F.Muradov 2023-cü ilin oktyabr ayında saxlanılıb.

Qeyd edək ki, o, "Qazaxlı Alik" ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.

0