Tanınmış teleaparıcı Vüsalə Səid yeni vəzifəyə təyin olunub.
HİT,az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Vüsalə Səid "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio verilişləri" QSC-nin Xəbərlər departamentinin rəhbəri təyin olunub.
Qeyd edək ki, V.Səid bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsindən ayrılıb.
O, uzun müddət AzTV və İTV-də çalışıb.