Psixoloq kimi işə düzəltmək adı ilə 8000 manatlıq dələduzluq

ÖLKƏ
18:55 / 24.02.2025
49

İşə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Hit.az xəbər verir ki, təqsirləndirilən Rövşən Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə mühakimə olunub və ona  2 il 14 gün müddətinə azadlığın məhdudlaşdırılması, həmçinin 4500 manat cərimə cəzası verilib. 

İş materiallarından aydın olur ki, Rövşən A.R.-nı Giləzi qəsəbəsində yerləşən Mikayıl Müşfiq adına olan orta məktəbdə psixoloq vəzifəsinə düzəldəcəyini vəd edərək ondan 8000 manat pul alıb. 

Təqsirləndirilən şəxs zərərçəkmişi inandırıb ki, onun Təhsil Nazirliyində tanışları var. Lakin sonradan onun yalan danışdığı üzrə çıxıb. 

Abbas 

0