Türkiyədə ali təhsil adı ilə 20 min manatlıq dələduzluq

ÖLKƏ
18:57 / 25.02.2025
88

Türkiyədə ali təhsil adı ilə dələduzluq edən şəxsə hökm oxunub. 

Hit.az xəbər verir ki, Elşən adlı şəxs vətəndaş B.C-nın bacısı oğlunu Ərzurumda fəaliyyət göstərən Atatürk Universitetinin tibb fakultəsinə qəbul etdirəcəyini deyib. Bunun müqabilində ondan 20 000 manat pul alıb. 

Zərəçəkmiş sonradan aldanıldığını başa düşərək hüquq-mühafizə orqanlarına şikayət edib. 

Elşən şübhəli şəxs qismində saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. 

İşə Gəncə Şəhər Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxsə 2  il 5  ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası verilib. 

Abbas
 

0