Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər 26 saylı Dövlət Yanğından Mühafizə Xidmətinin keçmiş rəis müavini Əli Zeynalov dünyasını dəyişib.
HİT.az Teleqraf-a istinadən məlumat verir ki, təqaüddə olan 45 yaşlı mayor böyrək çatışmazlığından ölüb.
Mərhum Göygöl rayonunda torpağa tapşırılıb.
