Ramazan bir növ insanın özünü tərbiyələndirmək ayıdır

ÖLKƏ
18:00 / 28.02.2025
55

Sabah Azərbaycanda Ramazan ayı başlayır.

Bu il Qədr (Əhya) gecələri martın 18-i, 20-si, 22-si və 26-sına təsadüf edəcək.

İlahiyyatçı Elşad Miri Hit.az-a şərhində deyib ki, Ramazan təkcə yemək və içmək ayı deyil: 

“Ramazan bir növ insanın özünü tərbiyələndirmək ayıdır. Çünki, səhər, günorta və axşam yeməyi hər gün davam edən bir prosesdir. Bunun üçün xüsusi prosedura ehtiyac görülmür. Belə bir deyim var ki, iftar mütləq su, duz və ya xurma ilə açılmalıdır. Bu adət ərəblərdə mövcud idi. Əgər Peyğəmbər (s.a.s) hansısa Qərb ölkəsində yaşasaydı, iftarını həmin ölkənin ən məşhur meyvəsi ilə açardı. Bu baxımdan, xurmanı özəl meyvə kimi təqdim etməyə əsas yoxdur”.

Sevinc

0