Müəllimlərə sertifikasiya imtahanında yardım etmək adı ilə dələduzluq əməlində təqsirləndirilən şəxsə hökm oxunub.
Hit.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə mühakimə edilən S.R. 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
İş materiallarından aydın olur ki, S.R. özünü Elm və Təshil Nazirliyinin əməkdaşı kimi təqdim edib. O, müəllimlərdən 10 000 manata yaxın pul alıb. Lakin sonrada aldıqlarını tam olaraq geri qaytarıb.
Məhkəmə də bunu nəzərə alaraq S.R-ya yüngül cəza təyin edib.
Abbas