Avtomobildən keçmiş məhbusun meyiti tapıldı - VİDEO

ÖLKƏ
10:26 / 04.03.2025
45

Sumqayıt şəhərində avtomobildən meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, martın 3-ü saat 20 radələrində 2-ci mikrorayon ərazisində “Mercedes” markalı 10 VF 250 N-li avtomobildə kişi meyiti aşkarlanıb.

Ölən şəxsin Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş (128, 178, 221-ci maddələr üzrə) 1975-ci il təvəllüdlü Sahib Lətif oğlu Məmmədov olması müəyyən edilib. Meyit üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

0