Bu il neçə müəllim sertifikasiya cəlb ediləcək? - RƏQƏMLƏR

ÖLKƏ
23:34 / 05.03.2025
84

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq.

Qeyd edək ki, 2024/2025-ci tədris ili üçün ümumtəhsil müəssisələrində 134 396 müəllim çalışır.

Modern.a Dövlət Statistika Komitəsindən sertifikasiyaya cəlb ediləcək müəllimlərin sayı barədə məlumat əldə edib.
Ətraflı

Komitənin 2023-cü ilin oktyabr ayının 1-nə olan məlumatlarına görə,  Azərbaycanda sözügedən fənləri tədris edən müəllimlərin sayı aşağıdakı kimi olub:

Biologiya müəllimlərinin sayı - 5996 nəfər
Kimya müəllimlərinin sayı - 4423 nəfər
Coğrafiya müəllimlərinin sayı - 5819 nəfər
Fizika müəllimlərinin sayı - 6125 nəfər
İnformatika müəllimlərinin sayı - 5636 nəfər

Beləliklə, təxminən 27 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb ediləcəyi gözlənilir. (2024-cü ilin statistik rəqəmləri açıqlanmayıb).

Qeyd edək ki, Azərbaycanda artıq 64 901 müəllim sertifikasiyaya cəlb olunub, onlardan 55 510 nəfərinin maaşına əlavələr edilib. Bu proses nəticəsində müvafiq tələbləri ödəyən müəllimlərin maaşı 10 faiz, yüksək nəticə göstərənlərin isə 35 faiz artırılıb. İndiyədək Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil müəllimləri imtahan verib. Bu mərhələdə 3 742 müəllim kəsilib.

0