Dələduzluq ittihamı ilə axtarışda idi, ölkəyə gətirildi

ÖLKƏ
13:38 / 13.03.2025
44

Qarşılıqlı anlaşmaya uyğun olaraq Azərbaycan vətəndaşı Osmanlı Turqut Mehman oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib.

HİT.az Baş Prokurorluğa istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Osmanlı Turqut Mehman oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Turqut Osmanlı Rusiya ərazisində saxlanılaraq 12.03.2025-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

0