Polis Sabunçuda 1 milyonluq kokain aşkarladı - VİDEO

ÖLKƏ
17:55 / 14.03.2025
58
Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.
 
HİT.az xəbər verir ki, Sabunçu RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin həyata keçirdiyi tədbirlə paytaxt sakini 38 yaşlı Hüseyn Hüseynov saxlanılıb.
 
Ondan 1 kiloqrama yaxın kristalşəkilli güclü təsiredici narkotik vasitə olan kokain, 329 ədəd ekstazi və metadon həbi, eləcə də 178 qram marixuana aşkarlanıb.
 
H.Hüseynov paytaxt ərazisində kokainin satışını təşkil edən əsas şəxs olub. O, ifşa edilməməsi üçün onunla əlaqə saxlayanlara özünü əcnəbi vətəndaş kimi təqdim edib və xarici dillərdə ünsiyyət saxlayıb.
 
Hüseyn Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
 
Həmçinin Sabunçu RPİ-nin NMB əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 36 kiloqram narkotik vasitə və əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkarlanıb.
 
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, "qara bazar”da kokainin 1 kiloqramı 600 min dollar (təxminən 1 milyon manat) qiymətləndirilir.
 
Hüseyn Hüseynov
 

0