Xankəndidə ölən erməni qadının meyiti Ermənistana aparıla bilər

ÖLKƏ
13:40 / 15.03.2025
45

Ötən ilin oktyabrında Xankəndidə vəfat etmiş erməniəsilli Vera Ağasyanın meyitinin Ermənistana aparılması məsələsi müzakirə olunur.

HİT.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov Ermənistanın Xankəndidə vəfat etmiş erməniəsilli Ağasyan Vera Varaşakovnanın meyitinin təhvil alınmasına 5 aydır heç bir münasibət bildirmədiyini açıqlamışdı.

Xatırladaq ki, 70 yaşlı Vera Ağasyan 2024-cü ilin oktyabrın 20-si yaşadığı ünvanda vəfat edib. Ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub və qadının  ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığından vəfat etdiyi məlum  olub. V. Ağasyan Xankəndinin işğaldan azad olunmasından sonra orada qalan erməniəsilli sakinlərdən biri idi.

0