Universitet müəllimləri Neftçi Qurban adına 288 nömrəli məktəbin şagirdlərinə nümunəvi dərs keçdi

ÖLKƏ
13:42 / 15.03.2025
165

Bakı şəhəri, Qaradağ rayon Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət Neft  və Sənaye Universiteti ilə əməkdaşlıq çərçivəsində nümunəvi dərslər keçirilib. Məktəbin 10 c ( texniki təmayül ) və 10 t (texniki təmayül ) siniflərində keçirilən dərslərdə məktəbin direktoru Aygün Hüseynova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimləri, fizika üzrə fəlsəfə  elmlər doktoları Dünyaməddin Əsgərov və İbrahim Abbasov, həmçinin məktəbin müəllimləri iştirak ediblər. 

İlk dərs Universitetin müəllimi fizika üzrə fəlsəfə  elmlər doktoru Dünyaməddin Əsgərovun rəhbərliyi ilə 10c (texniki təmayül) sinfində “Səs dalğaları, səsin surəti “ mövzusunda keçirilib.

İkinci dərs isə məktəbin 10 t ( texniki təmayül ) sinfində fizika üzrə fəlsəfə elmlər doktoru İbrahim Abbasov tərəfindən eyni mövzuda keçirilib.
İnteraktiv formada keçirilən nümunəvi dərslər şagirdlərin fəallığı ilə müşayət olunub. 

Nümunəvi dərslərdən sonra sözügedən layihənin reallaşdırılmasında verilən əhəmiyyətli dəstəyə və səmərəli əməkdaşlığa görə Azərbaycan Dövlət Neft  və Sənaye Universitetinin rəhbərliyinə və müəllimlərinə təşəkkürünü bildirən məktəbin direktoru Aygün Hüseynova bildirib ki, nümunəvi dərslər sözügedən Universitetlə məktəb arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və yüksək bacarıqlı kadrların  yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin məqsədlərindəndir. Əməkdaşlığın genişləndirilməsində məqsəd bu işin metodika və metodologiyasının  təkmilləşdirilməsi, bütövlükdə təhsilin təhsilin keyfiyyətinin  yüksəldilməsi üçün birgə  səmərəli fəaliyyətə təsir edir. 

Akademyanın müəllimləri də əməkdfaşlıqdan məmnunluq ifadə edərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Bakı şəhəri, Lökbatan qəsəbəsi Neftçi Qurban Abbasov adına 288 nömrəli tam orta məktəb arasında elmi-pedaqoji əməkdaşlığın təqdirəlayiq olduğunu nəzərə çatdırıblar. 

Qeyd edək ki, bu cür layihələr Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə mütəmadi həyata keçirilir.

0