Sumqayıtda liposaksiya etdirən qadın öldü

ÖLKƏ
21:52 / 15.03.2025
67

Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.

 

Report-a istinadən verir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

 

Məlumata görə, 1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.

 

Onun fevralın 27-də Bakı şəhərində yerləşən "Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilir.

0